"Sumqayıt" heyətini gücləndirmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" serb hücumçu ilə maraqlanır.
"Gənclik şəhəri" təmsilçisi Serbiya millisində 1 oyunda meydana çıxmış Oqnen Ozeqoviçin keçidinin mümkünlüyünü götür-qoy edir.
31 yaşlı forvard "Nijniy Novqrod"a məxsusdur. O, karyerası ərzində “Srvena Zvezda”, “Çançun Yatay”, “Partizan”, “Çukariçki”, “Arsenal”(Tula), “Adanaspor”, “Darmşdat”, “Manisa”, “Sakaryaspor” klublarında oynayıb.
saytlarin hazirlanmasi