"Çelye"nin forvardı: "Sabah" keyfiyyətli rəqib olduğunu göstərdi"

12:34 - 14 İyul 2025

Sloveniyanın "Çelye" klubunun hücumçusu Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Masazırda “Sabah" üzərində qazandıqları qələbə (3:2) ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az “24ur.com”a istinadən xəbər verir ki, Kovaçeviç Bakıdakı görüş haqda bunları deyib:

“Biz layiqli qalib gəldik. "Sabah" keyfiyyətli rəqib olduğunu göstərdi. Amma komandamız əsas məqamlarda əsl xarakter nümayiş etdirdi. Böyük komandalar belə qalib gəlir”.

Xəbər xətti