"Qarabağ" cütün taleyinin həll olunduğunu düşünür" - "Ferentsvaroş"un baş məşqçisi

02:07 - 20 Avqust 2025

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxan "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Sportal.az xəbər verir ki, oyundan sonra  "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin bunları qeyd edib:

"Qarabağ" cütün taleyinin həll olunduğunu düşünür. Bu, bizim üçün xüsusi motivasiya olacaq. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Futbolda hər şey mümkün olduğunu nəzərə alsaq, çətin vəzifənin öhdəsindən gələ biləcəyimizəinanıram."

Xəbər xətti