Türkiyə millisinin forvardı Superliqaya geri qayıtdı

09:48 - 12 Sentyabr 2025

Türkiyə millisinin forvardı Serdar Dursun Superliqaya geri qayıdıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu "Kocaelispor"la anlaşıb.

Bu barədə İzmit təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, mövsümün sonuna qədər "Kocaelispor"da oynayacaq. 

Dursun "Eskişehirspor", "Şanlıurfaspor", "Denizlispor", "Fatih Karagümrük", "Qröyter Fürt", "Darmşdadt", "Fənərbaxça", "Alanyaspor", "Persepolis" klublarında çıxış edib.

Xəbər xətti