Çempionlar Liqasında III turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 matç artıq yekunlaşıb. Doğma meydanda "Olimpiakos"u qəbul edən "Barselona" 6:1 hesablı qələbə qazanıb. Qazaxıstan təmsilçisi Kayrat isə "Pafos"u qəbul edib. Bu matçda isə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, günün digər qarşılaşmaları saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
21 oktyabr
20:45 "Barselona" (İspaniya) – "Olimpiakos" (Yunanıstan) 6:1
Qollar: F.Lopez, 7, 39, 76, L.Yamal, 68(pen), M.Reşford, 74, 79, - El.Kaabi, 54(pen).
Qırmızı vərəqə: S.Hezze,57("Olimpiakos")
20:45 "Kayrat" (Qazaxıstan) – "Pafos" (Kipr) 0:0
Qırmızı vərəqə: J.Korrea, 4 ("Pafos")
saytlarin hazirlanmasi