"Neftçi" basketbol klubu bu gün FİBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul ediblər.
Bakı İdman Sarayında baş tutan matç 95:84 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.
Xatırladaq ki, "Neftçi" qrupun ilk matçında Polşada "Trefl"ə uduzub. Bu qrupda yer alan digər təmsilçimiz "Abşeron Lions" sabah Bakıda "Trefl"lə qarşılaşacaq
saytlarin hazirlanmasi