"Qarabağ"dan İspaniyada matçı izləyəcək azarkeşlərə müraciət

23:57 - 21 Oktyabr 2025

"Qarabağ" sabah keçiriləcək matç üçün azarkeşlərə səslənib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyanın "Atletik" klubu ilə səfər oyunu üçün vauçer əldə etmiş azarkeşlər oyun günü yerli vaxtla saat 15:30-dan 17:30-a kimi “Euskalduna Conference Centre”dən (Euskalduna Conference Centre) biletlərini əldə edə bilərlər.

Vauçerlərin biletə dəyişdirilməsi zamanı şəxsiyyəti təsdiq edən sənədin üzərinizdə olması vacibdir.

Azarkeşlərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində təyin olunmuş əraziyə yaxınlaşaraq vauçerlərini biletə dəyişsinlər.

Azarkeşlərin qeyd olunan vaxt aralağında vauçerlərini biletə dəyişməsi vacibdir.

Qeyd edək ki, oyun oktyabrın 22-də saat 20:45-də (Bakı vaxtı ilə) start götürəcək.


Xəbər xətti