"Sabah"da oynamış forvard Azərbaycan klubuna keçməyi planlaşdırır

12:22 - 26 Oktyabr 2025

"Sabah"ın sabiq forvardı Emmanuel Apeh Azərbaycana geri qayıtmaq variantına sahibdir.

Sportal.az saytına verilən məlumata görə, nigeriyalı futbolçu menecerinə ona Azərbaycan Premyer Liqasından klub tapmağa razı olduğunu bildirib. 

Əslində, forvard "Sabah"dan ayrıldıqdan sonra, "İttiahad-Aleksandriya"(Misir) klubuna keçməmişdən qabaq da ölkəmizə geri qayıtmğa yaxın olub.

Lakin Apeh Misir komandası ilə müqavilə imzalamağa üstünlük verib. İndi isə nigeriyalı Azərbaycan klubuna keçmək niyyətindədir.

Hazırda Premyer Liqamızdan 3 klubla danışıqların davam etdiyi bildirilir. 

28 yaşlı futbolçu “Alkala”, “Lorka”, “Selta”, “Tenerife”, “Alkorkon”(hamısı İspaniya) klublarında oynadıqdan sonra 2022-2024-cü illərdə “Sabah” forması geyinmişdi.


 

Xəbər xətti