Almaniyanın “Kayzerslautern” klubunda işləri qaydasında getməyən Mahir Emreli yenidən gündəmə gəlib.
Sportal.az xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu “bəyənməklə” etirazlara səbəb olub. "Kayzerslautern" forvardın sabiq klubu "Nürnberq"lə 1:1 hesablı heç-heçə edib.
Mahir keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına "like" qoyub. Bununla azarkeşlərin etiraz hədəfinə çevrilən Azərbaycan millisinin üzvü sosial mediada tənqid edilib.

