Mbappe məhkəmədə PSJ-dən 240 milyon avro kompensasiya tələb edir

22:56 - 17 Noyabr 2025

Kilian Mbappenin PSJ ilə bağlı maliyyə məsələləri üzrə mübahisəsi davam edir. Forvard 2024-cü ildə Paris klubunu azad agent kimi tərk edərək “Real”a keçmişdi.

Sportal.az xəbər verir ki, maliyyə tələblərindən əlavə, Mbappe klubdan psixoloji təzyiq göstərilməsi ilə bağlı şikayət verib və PSJ-ni 2023-cü ildə onu yeni müqavilə imzalamağa məcbur etməkdə ittiham edib.

Bu gün keçirilən məhkəmə iclasında məlum olub ki, futbolçu klubdan 240 milyon avro tələb edir. Mbappenin vəkili məhkəmədən oyunçunun təxmini aylıq maaşı kimi 14,8 milyon avro məbləğinin əsas götürülməsini xahiş edib.

Qeyd edək ki, öz növbəsində PSJ-nin vəkili klubun tələblərini açıqlayıb. Parislilər Kilian Mbappedən 180 milyon avro məbləğində zərərin ödənilməsini tələb edirlər.

Xəbər xətti