Yusif İmanov bu tur "Kəpəz"in heyətində debüt edə bilər - sabah PFL-də sifariş olunacaq

23:35 - 17 Noyabr 2025

Bir neçə ay əvvəl "Sabah"dan səs-küylü şəkildə ayrılıb Kosovoya yollanan Yusif İmanov geri qayıdıb. "Malışeva"da karyerası alınmayan gənc qapıçı "Kəpəz"ə keçib. 

Klub rəsmiləri bu anlaşmanı təsdiqləsələr də, hələ ki bu tranafer rəsmiyyətə alınmayıb. Durumun nə yerdə olduğunu öyrənmək üçün qapıçının vəkili Elcan Həsənli ilə əlaqə saxladıq. 

Elcan bəy sportal.az saytına bildirdi ki, keçidin rəsmiləşməsinə heç bir əngəl yoxdur. Artıq bütün sənəd məsələləri həll olunub və "Kəpəz"in onu sabah PFL-də qediyyata salacağı gözlənilir. 

Yusif İmanov artıq bu tur "Kəpəz"də debüt edə bilər. Qeyd edək ki, Gəncə klubu 12-ci tur çərçivəsində "Karvan-Yevlax"ın qonağı olacaq. 

Xəbər xətti