Millinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovun yeni ilə hansı klubda başlayacağı müəyyənləşib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Samir Abasovun mövsümün geridə qalan hissəsində şans vermədiyi kiper sezonun ikinci yarısını "Qəbələ"də keçirəcək.
"Qırmızı-qaralar" gənc "əlcək sahibi"ni 6 aylıq icarəyə götürəcək. Tərəflər arasında bu yöndə bir müddətdir gedən danışıqlar artıq başa çatıb.
"Kəpəz" 22 yaşlı qapıçıya ciddi maraq göstərsə də, o, "Qəbələ"yə üstünlük verib. Sırf perspektiv naminə.
Samir Abasov Kenan Piriçin gəlişindən sonra Rza Cəfərovu ehtiyata atıb. Yığmanın üzvü hazırda üçüncü qapıçı durumundadır.
Baş məşqçi Pre myer Liqada bosniya və herseqovinalıya etimad göstərdiyi halda, ölkə kubokunda Emil Balayevə güvənməyə üstünlük verir.
saytlarin hazirlanmasi
