"Real" rəhbərliyində Alonsonun layihəsi ilə bağlı şübhələr var?

22:52 - 15 Dekabr 2025

“Real”ın baş məşqçisi Xabi Alonsonun artıq səhv etmək haqqı qalmayıb. Madrid klubu ötən gün La Liqanın 16-cı turunda səfərdə “Alaves”i 2:1 hesabı ilə məğlub edib.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, bu qələbə 44 yaşlı baş məşqçinin ətrafındakı gərginliyi bir qədər azaltsa da, klub rəhbərliyi də daxil olmaqla müxtəlif səviyyələrdə Xabinin layihəsi ilə bağlı şübhələr hələ də qalmaqdadır.

17 dekabrda “Real” İspaniya Kubokunun 1/16 finalında səfərdə üçüncü İspaniya divizionunun autsayderi “Talavera” ilə qarşılaşacaq. Bu oyunda mümkün uğursuzluq fəlakət kimi qəbul ediləcək və ciddi qərarlar veriləcək.

Eyni zamanda, Madrid klubu nəticələr imkan verdiyi müddətcə Alonsonu baş məşqçi postunda saxlamağa üstünlük verərdi, lakin Xabi üçün səhv etmək hüququ demək olar ki, yoxdur.

Xəbər xətti