"Əl-Əhli" qapıçı Eduard Mendi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi seneqallı qolkiperin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Əl-Əhli" Eduard Mendini 2023-cü ilin yayında "Çelsi"dən 18 milyon avroya transfer edib. Seneqal millisinin üzvü bu mövsüm klubunun heyətində 18 rəsmi matçda meydana çıxıb. Təcrəbəli "əlcək sahibi" 2020/2021 mövsümündə "Çelsi" ilə UEFA Çempionlar Liqasının, 2024/2025 mövsümündə isə "Əl-Əhli" ilə Asiya Çempionlar Liqasının qalibi olub.
saytlarin hazirlanmasi
