"Qalatasaray" ulduz futbolçu üçün hərəkətə keçəcək

18:17 - 17 Dekabr 2025

"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi yayda heyətinə qata bilmədiyi Qrizmann üçün yanvarda yenidən hərəkətə keçəcək. "Sarı-qırmızılar" 34 yaşlı forvarda 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 26 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Xəbər xətti