"Neftçi" və "Sumqayıt"ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

22:49 - 5 Yanvar 2026

Mərakeşin ev sahibi olduğu Afrika Millətlər Kubokunda daha bir ¼ finalçı bəlli olub.

Sportal.az xəbər verir ki, Misir yığması Benini məğlubiyyətə uğradıb.

Benin millisinin heyətində “Neftçi”nin futbolçusu Sessi Dalmeyda da start heyətində meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.

“Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini isə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Misir - Benin 3:1
Qollar
: Attia 69, İbrahim 97, Salah 120 - Dossu 83
 

Xəbər xətti