"Beşiktaş" Türkiyə millisinin üzvü ilə yollarını ayırdı

16:38 - 6 Yanvar 2026

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Mert Günokla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mert Günok 2021-ci ilin avqust ayından "Beşiktaş"da çıxış edirdi. 36 yaşlı qolkiper baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.

Xəbər xətti