"Leyptsiq"in futbolçusu Yan Diomande Avropanın böyük klublarının transfer siyahısında yer alıb.
Sportal.az xəbər verir ki, "Bavariya", PSJ və "Mançester Yunayted" Fil Dişi Sahili milli komandasının üzvünü transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Leypziq" Diomandenin qiymətini müəyyənləşdirib. Almaniya klubu 19 yaşlı vinger üçün 100 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Leyptsiq" Yan Diomandeni mövsümün əvvəlində "Leqanes"dən 20 milyon avroya transfer edib. Gənc futbolçu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
