"Bu, "Neftçi" üçün vacib dərs idi" - Özbəkistan mediası "Qarabağ"a məğlubiyyətlə bağlı

13:18 - 15 Yanvar 2026

Özbəkistan mediası ölkə çempionu “Neftçi”nin(Fərqanə) Türkiyədəki təlim-məşq toplanışı zamanı “Qarabağ”a qarşı yoldaşlıq oyununda məğlubiyyətindən (0:5) yazıb.

Sportal.az xəbər verir ki, “Zamin” adlı nəşr Azərbaycan çempionunun qalibiyyətinə bu cür reaksiya verib:

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirdi. UEFA Çempionlar Liqasının əsas mərhələsində oynayan “Qarabağa”a qarşı oyunda Fərqanə təmsilçisi 5:0 hesablı məğlubiyyətlə üzləşdi. Matç zamanı İslam İsmoilov qeyri-rəsmi debüt etdi, lakin daha təcrübəli azərbaycanlılar daha güclü olduqlarını sübut etdilər. Bu, komanda üçün vacib bir dərs idi - güclü rəqiblərlə necə mübarizə aparmaq lazımdır.

Bu matç komandaya məşq zamanı taktikasını və komanda işini daha da təkmilləşdirmək imkanı verdi. Ümumilikdə, “Neftçi”nin Türkiyədəki ilk yoldaşlıq oyunu azarkeşlər üçün daha həvəsləndirici və maraqlı nəticələr vəd edir".
 

Xəbər xətti