"Qarabağ"ın rəqibi norveçlini transfer etməyi planlaşdırır

14:22 - 16 Fevral 2026

"Nyukasl" "Borussiya"nın müdafiəçisi Yulian Rayersonla maraqlanır.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa klubu norveçli üçün artıq danışıqlara start verib.

28 yaşlı futbolçu özü də “Nyukasl”da oynamağa razıdır. Onun Dortmund təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Norveç millisinin üzvü bundan əvvəl “Vikinq” və “Union Berlin” klublarında çıxış edib.

Qeyd edək ki, “Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.
 

Xəbər xətti