Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:
12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Şahdağ Qusar” – MOİK oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Şahdağ Qusar” – MOİK oyununun 82-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 17 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” komandası 600 manat cərimə edilsin (maddə 86.3);
12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);
12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
13 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Zaqatala” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
saytlarin hazirlanmasi
