"Arsenal" doğma meydanda uduzdu - VİDEO

20:13 - 11 Aprel 2026

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün lider "Arsenal" doğma meydanda "Bornmut"u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Məğlubiyyətə baxmayaraq "Arsenal" 70 xalla liderliyini davam etdirir. Xallarını 45-ə yüksəldən "Bornmut" isə 10-cu yerdədir.

"Arsenal" - "Bornmut" 1:2
Qollar:
Viktor Dyökereş, 35 (pen) - Eli Junior Krupi, 17, Aleks Skott, 74

Xəbər xətti