Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçiriləcək.
Sportal.az xəbər verir ki, Azərbaycan derbisini Kamranbəy Rəhimov idarə edəcək.
"Neftçi" bu matçda qələbə qazanarsa, turnir cədvəlində 4-cü pilləyə yüksələ biləcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda isə 59 xalla ikinci pillədədir.
Misli Premyer Liqası
21-ci tur(təxirə salınmış matç)
20:00 "Neftçi” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”
