"Roma"nın futbolçusu "Barselona" və "Yuventus"un hədəfində

21:52 - 6 May 2026

Evan Ndika bu yay "Roma" klubunu tərk edə bilər.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, müdafiəçinin "Yuventus" klubuna mümkün transferi baş tuta bilər. Roma klubu 26 yaşlı oyunçunu təxminən 40 milyon avroya satmaq istəyir, lakin turinlilər bu məbləği ödəmək niyyətində deyil. Bunun əvəzinə onlar Teun Koopmeynersi mübadilə variantı kimi təklif edə bilərlər.

Eyni zamanda Ndika ilə "Barselona" da maraqlanır. Bu mövsüm o, Serie A çərçivəsində 29 oyuna çıxıb və 3 qol vurub.

Xəbər xətti