"Qarabağ"a qarşı oyunlarda çoxlu həm yaxşı, həm də üzücü xatirələrim var" - "Neftçi"nin sabiq futbolçusu

14:34 - 7 May 2026

"Neftçi"nin sabiq futbolçusu Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib.

- "Neftçi" uzun illərdən - 5 ildən sonra "Qarabağ"a qalib gəlməyi bacardı. Yəqin ki, həmin görüşü izləyə bildin. Səncə, 5 il uzun müddət deyildi?

- Beş il? Bu, əlbəttə ki, “Neftçi” üçün çox uzun müddətdir. Nə qədər derbi oynayıblar, qələbə qazanmayıblar. Təbii ki, yaxşı statistika deyil. Ümidvaram ki, bu, bir daha təkrar edilməz. Derbilərdə “Neftçi” mütləq qələbə qazanmalıdır.

- "Neftçi" və “Qarabağ” klubları arasında keçirilmiş Azərbaycan derbilərində çox oynamısan. Yəqin ki, sənin üçün ən unudulmazı “Qarabağ” – “Neftçi” görüşüdür? Hansı ki, “Azərsun Arena”nın açılış oyununda ilk qolu sən vurmuşdun... 

- Bəli. “Qarabağ”a qarşı oyunlarda çoxlu yaxşı və pis xatirələrim var. Nikolas Kanalesin qolu sayəsində “Qarabağ”ı ölkə kubokunun yarımfinalında məğlub edərək, finala çıxmağımızı xatırlayıram. Sonra dediyiniz kimi, “Qarabağ”a qarşı uzaq məsafədən vurduğum qolu  da unutmuram. Amma etiraf edim ki, “Qarabağ”a görüşlərdə üzücü xatirələrim də var. Derbilərdə bir çox məğlubiyyətləri deyə bilərəm. Üstəlik, iki dəfə ölkə kubokunun finalındakı məğlubiyyət də var. 

- "Neftçi" yola saldığımız turda “Karvan-Yevlax”a 3:0 qalib gəldi. Komanda Yuri Vernidubun baş məşqçi postuna gəlişindən sonra görünür ki, artırıb. Daha yaxşı nəticələr qazanırlar. Bu haqda fikrin necədir? Yəqin ki, Vernidubu mövsümün əvvəlində bu posta gətirsəydilər, komanda indi daha yaxşı yerlərdə olardı?

- Fikrimcə, çempionatın bu mərhələsində, komanda kubokdan kənarlaşıbsa, ilk yerlərdən də çox uzaqdırsa, oyunçular artıq təzyiq altında oynamır. Belə olan halda, komanda yaxşı nəticələr əldə edir.

- Sabiq komandan hazırda 4-cü pillədədir və 5-ci pillədə yer alan "Zirə"ni 1 xal qabaqlayır. "Neftçi" son 3 turda "Şamaxı", "Sabah" və "Kəpəz"lə qarşılaşacaq. "Neftçi"nin son üç turda da qələbə seriyasını davam etdirəcəyinə inanırsan?

- Bu vəziyyətdə “Neftçi” digər nəticələrdən asılıdır. Hər halda, “Neftçi”nin əsas hədəfi son 3 oyunda qalib gəlib, digər oyunlardakı nəticələri gözləmək deyildi. Hər halda, indi vəziyyət bu cürdür. Konfrans Liqasında oynamaq üçün minimal şans var. Bu, çox pis keçən mövsüm üçün ən xırda mükafat ola bilər.

- Yeri gəlmişkən, digər sabiq komandan olan "Sabah" çempion oldu. Onlar "Qarabağ"ın dominantlığına son qoydu. Sənin üçün gözlənilməz idi?

- "Sabah" klubunun qazandığı titula görə çox şad oldum. 2018/2019 mövsümündə klubun Premyer Liqadakı ilk oyunçularından biri idim. “Sabah”ın qazandığı nailiyyətlərə təəccüblənmirəm. Çünki onlar hər il işləyir və inkişaf edirdi. Sonda da bu cür mükafat qazandılar.

- Hazırda Azərbaycanda oynayan yeganə paraqvaylı Luis Ortizdir. O da "Neftçi"nin əsas heyətində az-az meydana çıxır. Həmyerlin barədə hansı fikirdəsən? "Neftçi"də əsas heyət üzvü olacağına inanırdın...

- Həqiqət budur ki, Ortizin klubdakı daxili vəziyyətini bilmirəm. Bəli, o, çox az oynayıb. Bilmirəm, o, ölkəyə və kluba öyrəşib, ya yox...Amma fakt odur ki, az oynayır. Hər halda, əcnəbi oyunçu gələn mövsüm də nəzərə alınmasını istəyirsə, xeyli oyun keçirməlidir. 

Mirbağırağa
 

Xəbər xətti