"Topsuz çox hərəkət etdik, isti hava da enerjimizi aldı" - "Karvan-Yevlax"ın kapitanı "Neftçi"yə məğlubiyyət haqda

12:48 - 7 May 2026

"Neftçi" ilə görüşdə xal almağı çox istəyirdik ki, "Qəbələ"yə yaxınlaşacaq. Sadəcə gözlənilməz qol buraxdıq, oyun da tam dəyişdi. Komandada sanki inam itdi. Hava da oyunumuza çox mane oldu. "Neftçi" keyfiyyətli və usta komandadır, daha çox topla oynayırlar. Biz isə topsuz çox hərəkət edirdik. İsti hava enerjimizi çox aldı, yorulduq. Qola qədər bizim yaxşı epizodlarımız var idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayev deyib.

Bölgə klubunun yarımmüdafiəçisi komandasının Premyer Liqada qalmaq şanslarını dəyərləndirib. Onun sözlərinə görə, sona qədər mübarizə aparacaqlar:

"Hər şeyi zaman göstərəcək. Kimin qismətində nə varsa, onu da yaşayacaq. Təm səmimi qəlbdən deyirəm. Heç vaxt istəmərəm ki, kimsə pis vəziyyətə düşsün, çempionatla vidalaşsın. Hər klubda yaxın uşaqlar, məşqçilər var. Mən pis günlərdən keçən biriyəm, necə ağır hisslər olduğunu gözəl bilirəm. Onun üçün hər oyun Allahdan istəyim haqqımızda xeyirlisi nədirsə o olsun. Kimin qismətində, qədərində nədirsə onu yaşayacaq. Biz çox çalışırıq, bir-birimizə motivasiya veririk ki, nələrisə dəyişək. Artıq çempionatın sonu yaxınlaşır, əlimizdən gələni edib, bu oyunlarda peşakarlar kimi maksimumuzu verməliyik".

Mirbağırağa
 

Xəbər xətti