"Zirə"nin müdafiəçisi: "Avrokuboklara vəsiqə qazanmaq şansımız hələ də var"

12:56 - 14 May 2026

"Zirə"nin müdafiəçisi Anje Mutsinzi Bizən Azərbaycan Kubokunun finalında “Sabah”a 1:2 hesablı məğlubiyyəti şərh edib.

Sportal.az saytına açıqlama verən ruandalı futbolçu komandasının uğursuzluğu haqda bunları deyib:

"Matça yaxşı başlamışdıq. İlk qolu da biz vurduq. Hesabdakı üstünlüyümüzü möhkəmləndirə bilsəydik, oyun fərqli bitərdi. Hardasa şanssızlıq da yaşadıq. Amma bu, futboldur və şans da ən vacib amil deyil. Hələ də Premyer Liqa vasitəsilə avrokuboklara vəsiqə qazanmaq şansımız hələ də var. Mövsümün son iki oyununda qalib gəlməyə çalışacağıq və sonra necə olacağını görəcəyik".

Xəbər xətti