"Milyonlarla izləyicim olduğuna görə dəyişməyəcəyəm” – Vojinya populyarlıq qazanması haqda

16:31 - 18 İyul 2026

Kabo-Verde millisinin qapıçısı Vojinya DÇ-2026-dan bəri həyatının əhəmiyyətli dərəcədə dəyişdiyini etiraf edib, lakin xaraktercə dəyişməyəcəyini bildirib. 

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiperi bu cür danışıb: 

“Həyatım dəyişdi, amma həmişə olduğum insan kimi qalmalıyam. Sosial mediada milyonlarla izləyicim olduğuna görə dəyişməyəcəyəm ki. Ölkəmə və şəxsən mənə göstərdikləri sevgiyə görə bütün azarkeşlərə minnətdaram. Hamımız etdiklərimizdən məmnunuq, razıyıq. Ümid edirəm ki, baş verən hər şey ölkəmin xeyrinə işləyəcək”. 

Qeyd edək ki, mundialın qrup mərhələsində İspaniya ilə 0:0 hesablı heç-heçədən sonra Vojinyanın sosial media izləyiciləri 18,8 milyona çatmışdı. O, hazırda 29,3 milyon izləyicisi ilə dünyanın ən populyar qapıçısıdır.

Xəbər xətti