Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunun bir neçə oyunu UEFA reytinqindəki ölkələrin reytinqini yeniləyib.
Sportal.az xəbər verir ki, “Sabah”ın “KuPS” üzərində 1:0 hesablı qələbəsi Azərbaycanın xalına daha 0,250 xal əlavə edib.
Hazırda Azərbaycan 20.312 xalla reytinqdə 26-cı yerdədir.
İsrail Azərbaycandan bir pillə yuxarıdadır (20.750), Slovakiya isə bir pillə aşağıdadır (18.750).
Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.
saytlarin hazirlanmasi
