UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, tədbirdə "Sabah"ın da potential rəqibləri müəyyənləşib.
Azərbaycan çempionu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avroliqada III təsnifat mərhələsinin ilk matçları avqustun 6-da, cavab görüşləri avqustun 13-də baş tutacaq.
saytlarin hazirlanmasi
