"Neftçi" "Dinamo"nu keçərsə, bu komandalardan biri ilə qarşılaşacaq - III təsnifat mərhələsində

11:39 - 20 İyul 2026

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, "Neftçi"nin də potensial rəqibi dəqiqləşəcək.

Paytaxt təmsilçisi "Dinamo"(Minsk) səddini keçərsə, növbəti mərhələdə aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi.
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi.
“Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo) cütünün qalibi.
AEK (Kipr) – “Beytar” (İsrail) cütünün qalibi.

Qeyd edək ki, "Neftçi" - "Dinamo" matçı iyulun 22-də Bakıda keçiriləcək.

Cavab matçı bir həftə sonra Bolqarıstanda baş tutacaq.

Xəbər xətti