"Milan" legionerini buraxmayacaq

19:21 - 19 İyul 2026

“Milan” Kristian Pulisiçə yeni müqavilə təklif edib.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “rossonyerlər” 27 yaşlı futbolçunu itirmək istəmir. Buna görə də, ona yeni şərtlərlə 2 illik müqavilə təklif olunub. 

Lakin hələ ki ABŞ millisinin üzvü “Milan”ın təklifinə konkret cavab verməyib.

Pulisiçin İtaliya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Borussiya”(Dortmund), “Çelsi” komandalarında oynayıb.  
 

Xəbər xətti