"İroni Kiryat Şmona" mənimlə maraqlanırdı və sonda da danışıqlar müsbət alındı. Klubun layihəsi də mənə uyğun gəldiyi üçün təklifi qəbul etdim. Hazırda komandanın düşərgəsindəyəm və yeni mövsümə hazırlaşırıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında İsrailin “İroni Kiryat Şmona" klubuna yeni keçən Rüfət Abdullazadə deyib.
Rüfət "Varajdin"də qalmamasının səbəblərindən də bəhs edib: "Varajdin"də qalmaq variantım da var idi. Klubla normal münasibətimiz qaldı. Amma mənim üçün ən vacib məsələ mütəmadi oynamaq və inkişaf etmək idi. Düşündüm ki, "İroni Kiryat Şmona" bu baxımdan mənim üçün daha uyğun seçimdir. Azərbaycandan da maraq göstərənlər oldu. Lakin mən əsas diqqətimi legioner karyeramı davam etdirməyə yönəltmişdim. Sonda mənim üçün ən uyğun variant İsrail çempionatı oldu. Belədə, “Kiryat Şmona” klubu ilə anlaşdım".
Mirbağırağa
