Bolqarıstan mətbuatı ÇSKA-nın Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki görüşündən yazıb.
Sportal.az xəbər verir ki, Bolqarıstanın “Teleqraf” saytı “Qarabağ”ın rəqibi ilə bağlı bunları qeyd edib:
"Qarabağ” İslandiyanın “Vestri” klubunu turnirdən kənarlaşdırdığı üçün ÇSKA ilə qarşılaşacaq. Onlar da “Derri Siti”ni mübarizədən kənarlaşdırmışdı. "Qarabağ" adını eşidəndə, ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində oynayan, həm də pley-offa yüksələn, cəmi iki il əvvəl Razqradda "Ludoqorets"ə yeddi qol vuran və hətta Şərqi Avropanın əsl gücünə çevrilən güclü komandanı xatırlayırıq. Amma bu gün vəziyyət fərqlidir. Qurban Qurbanovun komandasının yerli çempionatdakı dominantlığına son qoyulub: "Qarabağ" bir il əvvəl “Levski”yə (Sofiya) uduzduqdan sonra avrokuboklardan kənarda qalan, məşhur Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah”dan doqquz xal geridə qalmışdı.
Zədələrə baxmayaraq, "Qarabağ" təhlükəli komanda olaraq qalır. Onlar hücum xəttinin ulduz oyunçusu Kamilo Duranı “Seltik”ə 6 milyona, “Çerno More”nin sabiq üzvü Leandro Andradeni isə “Polessye”yə satdı. "Qarabağ" indiyə qədər səkkiz yeni oyunçu cəlb edib və hər biri üçün transfer haqqı ödəyib. "Almeriya"dan Bruno Lanqa, "Zalaegerszeg"dən Bence Varkonyi və "Ferentsvaroş"dan Cebrail Makreckis üçün hərəsi üçün 1 milyon avro ödənilib. Sonuncu ölkəmizdə də yaxşı tanınır. Burada o, "Pirin"də oynayıb və "Levski"yə mümkün keçidi ilə bağlı xüsusi olaraq xatırlanıb. Daha az məbləğ də Renaldo Sefas, Zakaria Savo, Martin Zlomisliç, Samuel Lobato və Jali Muaddib üçün ödənilib”.
saytlarin hazirlanmasi
