Braziliya millisinin keçmiş hücumçusu Ronaldo dünya çempionatının finalı ilə bağlı proqnozunu bölüşüb.
Sportal.az xəbər verir ki, “AS”a danışan Ronaldo İspaniyanın çox çətinlk çəkmədən qalib gələcəyini proqnozlaşdırıb.
"İspaniya çox səy göstərmədən qalib gələcək. Onlar da əvvəldən Fransa kimi əsas namizədlər arasında idilər. İspanların instinktlərinə hopmuş inanılmaz futbolu var. Onlar bunu erkən yaşlarından oynayırlar. Bu, onların mədəniyyətinin bir hissəsidir".
Bu gün keçiriləcək dünya çempionatının finalına Bakı vaxtı ilə 23:00-da start veriləcək.
