"Çelsi"nin təklifindən imtina etdi, "Real"da qaldı

12:35 - 19 İyul 2026

“Real”ın müdafiəçisi Raul Asensio “Çelsi”nin maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, London klubu ispaniyalı üçün transfer təklifi etsə də, müdafiəçi bu təklifi geri çevirib. Bu barədə “AS” nəşri məlumat yayıb. Klub onu satmağa hazır olsa da, futbolçu özü klubda qalmaq niyyətində olduğu üçün keçid baş tutmayıb.

O, gələn mövsüm “Real”ın əsas heyətinə düşə biləcəyinə inandığı üçün bu addımı atıb. 23 yaşlı futbolçunun “kral klubu” ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.

Asensio yalnız “Real”ın formasını geyinib.

Xəbər xətti