"Messi köhnəlmiş şərab kimidir, dəyəri və keyfiyyəti hər il artır"

12:18 - 19 İyul 2026

Fransa millisinin keçmiş hücumçusu Andre-Pyer Jinyak Lionel Messinin performansı haqda danışıb.

Sportal.az xəbər verir ki, Fransa yığmasının keçmiş hücumçusu Argentina millisinin kapitanını tərifləyib:

“Mənim üçün Messi əsl fenomendir. O, elə performans göstərir ki, sanki hələ də 25-30 yaşlarındadır. Lionel yaxşı köhnəlmiş şərab kimidir - onun dəyəri və keyfiyyəti hər il yalnız artır”. Jinyak 2009-2016-cı illərdə Fransa millisində 36 matç keçirib və 7 qol vurub.

Xəbər xətti