AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Sabahın Ulduzları” layihəsi çərçivəsində yeni sponsorlarla əməkdaşlığa dair imza mərasimi, eyni zamanda məlumatlandırma sessiyası keçirilib.
Sportal.az xəbər verir ki, "JW Marriott Absheron Baku" hotelində baş tutan tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, BFF-nin prezidenti Tahir Süleymanov, AFFA-nın Texniki direktoru Edmond Klaus, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, sponsorların nümayəndələri və media mənsubları iştirak ediblər.
Sonda Bakı Futbol Federasiyası və “Alpex” şirkəti arasında baş sponsorluq müqaviləsi imzalanıb və “Sabahın Ulduzları” turnirinin maskotu təqdim olunub.














