"Brügge"nin futbolçusu Cesse Bisivu karyerasını La Liqada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Barselona" belçikalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya çempionu 18 yaşlı futbolçu üçün 8,5 milyon avro təzminat ödəyəcək. Belçika klubu gənc oyunçunun növbəti satışından 20 faiz pay əldə edəcək.
Qeyd edək ki, Cesse Bisivu "Brügge"nin gənclər komandasında çıxıpş edir.
saytlarin hazirlanmasi
