"Qəbələ" Şotlandiya klubunda oynamış futbolçunu dəvət etdi

13:35 - 21 İyul 2026

"Qəbələ" növbəti transferini reallaşdırıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.  

24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. 

Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edib.

Xəbər xətti