"Mançester Siti" qapıçı transfer etdi - RƏSMİ

14:47 - 12 Avqust 2026

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Marsel"dən Xeronimo Rulyini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" argentinalı qolkiper üçün Fransa klubuna 3,5 milyon avro təzminat ödəyib. 34 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Marsel" Xeronimo Rulyini 2024-cü ilin yayında "Ayaks"dan 4 milyon avroya transfer etmişdi. Argentina millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 52 qol buraxıb, 9 dəfə isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti