“Neftçi” ilə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Simurq” 1000 manat cərimə olunub. 42-ci dəqiqdə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Elvin Yunuszadə 1 oyunluq kənarlaşdırılıb, komandasını 200 manat ziyana salıb. 8, 31 və 73-cü dəqiqələrdə azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün “ağ-qaralar” daha 1000 manat ödəməli olacaq.
AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə alan “İnter”, “Sumqayıt”la görüşdə 4 üzvü xəbərdarlıq görən “Qəbələ” hərəyə 1000 manat cərimə olunub. Sonuncular oyunun 61-ci dəqiqəsində qırmızı vərəqə alan Vladimir Levinə görə də 200 manat ödəməli olacaq. Müdafiəçi isə 1 oyunluq kənarlaşdırılıb.
“Xəzər Lənkəran”la matçın 26-cı dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün Ağdam təmsilçisi 1000 manat xərcə düşüb.