Mahir Şükürov oynadı, "Karşıyaka" heç-heçə etdi

01:00 - 6 Oktyabr 2014

"Orduspor" rəqibindən xal qopardı 
 
Türkiyənin PTT birinci liqasında 5-ci turun oyunları başa çatıb.
 
Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Orduspor”la münasibətlərinə aydınlıq gətirib.  
 
90 dəqiqə ərzində tərəflər fərqlənə bilməyib. Mahir Şükürov "Orduspor"a qarşı start heyətində yer alıb və sona qədər meydanda mübarizə aparıb. 
 
Qeyd edək ki, 5 oyunda 5 xal toplayan "Karşıyaka" hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 

Xəbər xətti