“Başakşəhər” “Akhisar”I taxtdan saldı
Türkiyə Superlqiasında 5-ci turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma keçirilib. Turnir cədvəlinin lideri “Akhisar” səfərdə “Başakşehir”lə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə uduzub. Liderin büdrəməsindən istifadə edən “Beşıktaş” səfərdə “Balıkəsirspor”a 1:0 hesabı ilə qalib gələrək zirvəni ələ keçirib.
Türkiyə Superliqası, 5-ci tur
5 oktyabr
“Başakşəhər” - “Akhisar” 4:0
Qollar: Epuerano, 6, Semih Şentürk, 13, 57, 72
“Əskişəhərspor” - “Rizəspor” 1:2
Qollar: Kausik, 77 - Durer, 55, Kueke, 83
“Karabükspor” - “Trabzonspor” 3:0
Qollar: Traore, 5 , 90, Yavru, 17-öz qapısına
“Balıkəsirspor” - “Beşiktaş” 0:1
Qol: Pektemek, 57
saytlarin hazirlanmasi