Branimir Subaşiçin komandası lideri büdrətdi
Türkiyə PTT birinci liqadasında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin forma geyindiyi “Manisaspor” doğma meydanda lider “Antalyaspor”u qəbul edib.
“Manisaspor”un start heyətində yer alan Subaşiç erkən qola imza atıb. 5-ci dəqiqədə fərqlənən hücumçu komandasını hesabda önə çıxarıb. Lakin qonaqlar birinci hissədə ardıcıl üç top vuraraq fasiləyə üstün yollanıblar. Məğlub durumda olmalarına baxmayaraq, “Manisaspor” ikinci hissədə oyunda dönüş yaradaraq hesabı bərabərləşdirib – 3:3
saytlarin hazirlanmasi