Derbiyə hazırlıq
Türkiyə Superliqasının 6-cı turunda qarşılaşacaq "Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasına hər iki cəbhədə də hazırlıqlar davam edir.
Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın kapitanı bu derbiyə hazır olması üçün əlindən gələni edir. Belə ki, zədə səbəbindən Türkiyə millisinə də çağırılmayan Emre Belözoğlunun məşqə xüsusi maska ilə çıxması diqqət çəkdi.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisi oktyabrın 18-i Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi