Türkiyə Superliqası: Derbidən “Qalatasaray” qalib ayrıldı

23:30 - 18 Oktyabr 2014

Ueslii Sneyder oyunun qəhrəmanı oldu
 
Türkiyə Superliqasında 6-cı turun oyunlarına start verilib.
 
Sportal.az xəbər veir ki, ilk matç günündə azarkeşlər 3 qarşılaşmaya şahidlik ediblər. “Konyaspor” evə “Başakşəhər”lə qolsuz bərabərliyə qalıb. “Qaziantepspor” isə “Karabükspor”u minimal hesabla məğlub edib – 1:0.
 
Turun mərkəzi oyunu İstanbulda baş tutub. Burada iki əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gəlib. Fasiləyə qədər hesab açılmasa da, ikinci hissədə tərəflər fərqlənməyi bacarıblar. Xüsusilə də oyunun son dəqiqələri maraqlıanlarla yadda qlıb.
 
88 dəqiqədə Uesli Sneyder “Cim-Bom”u hesabda önə çıxarıb. 3 dəqiqədən sonra Hollandiya millisinin üzvü fərqi 2 topa çatdırıb. Lakin oyuna əlavə edilmiş 5-ci dəqiqədə Alper Potuk “Fənər”in təsəlliverici qolunu vurub - 2:1.
 
18 oktyabr
 
Türkiyə Superliqası  6-cı tur
 
“Konyaspor” – "Başakşəhər”  0:0
 
“Qaziantepspor” – “Karabükspor”  1:0
Qol: Çiko, 29
 
“Qalatasaray” – “Fənərbaxça”  2:1
Qollar: Sneyder, 88; 90+1 - Alper, 90+5

Xəbər xətti