"Milli komanda qürurumuz, namusumuz və şərəfimizdir"

02:00 - 19 Oktyabr 2014

Burak Yılmaz yığmanın düşərgəsini niyə tərk etdiyini açıqladı
 
“Qalatasaray”ın hücumçusu Burak Yılmaz zədə səbəbindən “Fənərbaxça”yla derbi qarşılaşmasını kənardan izləyib.
 
Sportal.az xəbər verir ki, “sarı-qırmızılılar”ın forvardı əzəli rəqibinə qarşı oynamasa da, komandasının 2:1 hesablı qələbəsinə sevinib:
 
“Bu gün komanda istəyinə çatdı. “Fənərbaxça” qarşısında qələbəyə görə komanda yoldaşlarımı təbrik edirəm.  “Kayseri Ərciyəsspor”la oyunda zədə aldım. 15 gündür ki, komandayla məşq etmirəm. Hələ də zədəm sağalmayıb. Ancaq belə bir oyunda meydanda komandama kömək etmək istərdim”.
 
Burak Yılmaz milli komandanın düşərgəsini tərk etmək məsləsinə də aydınlıq gətirib:
 
“Milli qürur  mənim üçün həm şərəf həm də namusdur.  Heç vaxt millidə oynamaqdan imtina etmədim, heç etmərəm də. Milli komandanın düşərgəsini tərk etməyim məndən asılı olan bir məsələ deyildi. Həkimlərin rəyi ilə məşqçilər korpusu Çexiya yığmasına qarşı oynamamağımı qərar verdilər. Ona görə də komandanın düşərgəsindən ayrıldım. Heç vaxt yalan söyləmədim. Əgər məsləni dəqiqi araşdırmaq istəyirsizsə, bunu milli komandanın baş məşqçisindən də soruşa bilərsiz”.  

Xəbər xətti