"Əgər həmin hücum qolla nəticələnsəydi, hakim itirəcəymiz xalı necə qaytaracaqdı?"

02:15 - 19 Oktyabr 2014

“Qalatasaray”lı futbolçudan Cüneyt Çakıra sərt ittihamlar 
 
Derbi matçında “Qalatasaray” Uesli Sneyderin qollarıyla əzəli rəqibi “Fənərbaxça”nı evdə 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
 
Sportal.az xəbər verir ki, “Qalatasaray” qələbə qazansa da,  matçın qəhrəmanı Sneyder hakim Cünyt Çakırı səhvlərə görə ittiham edib. Hollandiyalı futbolçu bildirib ki, oyuna əlavə olunmuş dəqiqələrdə top meydanı tərk etdiyi halda hakim davam işarəsi verib. Həmin epizodu fotoreportyorlar da lentə alıb. Sneyder buna belə münasibət bildirib:
 
“Hesab 1:0 olarkən bu hücum qolla nəticələnsəydi hakim itirəcəyimiz xalın hesabını necə vercəkdi? Həmin anda görünürdü ki, top xətti tam olaraq keçib. Lakin nədənsə Cüneyt çakır davam işarəsi Verdi. Əgər bu epizod qolla nticələnsəydi onda bunun məsuliyyətini hakim öz üzərinə götürəcəkdi? Mənə elə gəlir ki,”yox”. Əslində hakimlər belə oyunlarda daha diqqətli olmalıdırlar ki, kiminsə haqqını yeməsinlər”.             

Xəbər xətti