Türkiyə Superliqası: “Beşıktaş” "Sivasspor"a qalib gəldi

01:15 - 20 Oktyabr 2014

“Trabzonspor” 3 xalı 3 qolla qazandı
 
Türkiyə Superliqasında 6-cı oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər 3 qarşılaşmaya şahidlik edib. “Konyaspor” evə “Başakşəhər”lə qolsuz bərabərə qalıbsa, “Qaziantepspor” “Karabükspor”a 1:0 hesabı ilə qalib gəlib.
 
Turun mərkəzi oyununda əzəli rəqiblər “Qalatasaray” - “Fənərbaxça”üz-üzə gəlib. Bu derbidə sevinən tərəf “sarı-qırmızılılar” olub. 88 dəqiqədə Uesli Sneyder “Cim-Bom”u hesabda önə çıxarıb. 3 dəqiqədən sonra Hollandiya millisinin üzvü fərqi 2 topa çatdırıb. Lakin oyuna əlavə edilmiş 5-ci dəqiqədə Alpər Potuk “Fənər”in matçda təsəlliverici qolunu vurub.
 
“Beşiktaş” doğma meydanda “Sivasspor”u qəbul edib. Bu oyunda “qara qartallar” çətinliklə olsa da rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb. 
 
 
Türkiyə Superliqası  6-cı tur
 
18 oktyabr
 
“Konyaspor” - "Başakşəhər”  0:0
 
“Qaziantepspor” - “Karabükspor”  1:0
Qol: Çiko, 29
 
“Qalatasaray” - “Fənərbaxça”  2:1
Qollar: Sneyder, 88; 90+1 - Alpər, 90+5
 
19 oktyabr
 
“Bursaspor” - “Əskişəhərspor”  2:2
Qollar: Bakambu, 32, 53 - Güçer, 80, Funes, 85
 
“Trabzonspor” - “Mersin İdmanyurdu”  3:1
Qollar: Belkalem, 54, Medyani, 79, Kardoza, 86 - Delibalta, 71
 
“Beşiktaş” - “Sivasspor”  3:2
Qollar: Demba Ba, 58, 65, Şahan, 79 - da Kosta, 40, Arslan, 74
 
“Akhisar” - “Kasımpaşa”  2:0
Qollar: Dəmirok, 54-pen, Gekas, 70

Xəbər xətti